Avropanın 70 faizi vaksin olunub - Sədr

  • 2021.08.31 15:16
  • 955 Baxış
Avropanın 70 faizi vaksin olunub -  Sədr
Avropa Birliyi ölkələrində əhalinin 70 faizi tam peyvənd olunub.

Medicina.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.

"İndi 250 milyondan çox insan immunitet qazanıb. Pandemiya hələ bitməyib, ehtiyatlı davranmaq lazımdır.

Yeni bir infeksiya dalğasının və yeni ştammların qarşısını almaq üçün daha çox avropalı peyvənd olunmalıdır", - deyə Leyen bildirib.