Axşam şirniyyat və şirin çay olmaz

  • 2025.10.02 15:48
  • 115 Baxış
Axşam şirniyyat və şirin çay olmaz


Axşam saatlarında şirniyyat yemək normal yuxu rejimini pozur.


“Medicina” xəbər verir ki, şirniyyat və nişastalı qidalar təbii yuxu rejimini pozur və yuxuya getmədə çətinlik yaradıb, xroniki yuxusuzluğa səbəb ola bilər.



Axşam saatlarında şirniyyat yeməyin normal yuxu rejimini pozduğu fikrini ümumi praktikant və dietoloq Nataliya Lazurenko səsləndirib. Həkim izah edib ki, insanın enerji səviyyəsi, əhval-ruhiyyəsi və yuxu keyfiyyəti əsasən orqanizmin istehsal etdiyi hormonlardan asılıdır. Hormonlar günün müxtəlif vaxtlarında müxtəlif miqdarda sərbəst buraxılır.

Bu hormonal istehsalda pozuntular depressiya, apatiya, yorğunluq və yuxuya getmədə çətinlik yarada bilər.

Lazurenko qidalanma vərdişlərinin hormon istehsalına təsir etdiyini vurğuladı.

Buna görə də həkim axşam saatlarında bəzi qidalardan uzaq durmağı məsləhət görüb.


"Bunlara şirniyyatlar, desertlər və un məhsulları daxildir”.


Axşam saatlarında orqanizm yuxuya hazırlaşmağa başlayır və əsas "yuxu" hormonu olan melatoninin istehsalını artırmalıdır. Şirniyyat və ağ un məmulatları melatonin səviyyəsini aşağı salan zəngin sürətli enerji mənbəyidir. Bu, yuxululuğu azaldır, rahat vəziyyəti aradan qaldırır və yuxuya getməyi çətinləşdirir.


Aygün Musayeva