Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

  • 2026.08.19 16:33
  • 102 Baxış
Ayaqların şişməsinin qarşısını almağın sadə yolu

İsti hava zamanı günün sonunda ayaqlarda və topuqlarda şişkinlik, ağırlıq və narahatlıq yarana bilər. Mütəxəssislər bunun əsas səbəblərindən birinin yüksək temperaturun qan dövranına təsiri olduğunu bildirirlər.

Medicina.az xəbər verir ki, dietoloq Keyt Bukerin sözlərinə görə, şişkinliyi azaltmağın ən sadə yollarından biri gün ərzində mütəmadi hərəkət etməkdir. Gündəlik gəzinti qan dövranını yaxşılaşdırır və ayaqlarda maye yığılmasının qarşısını almağa kömək edir.

Mütəxəssislər isti havalarda uzun müddət oturmamaq və ya ayaqüstə qalmamaq, hər saat bir neçə dəqiqə gəzmək, topuq və ayaq barmaqlarını hərəkət etdirmək tövsiyə edir.

Ayaqqabı seçimi də önəmlidir. Ayağı və barmaqları sıxan ayaqqabılar qan dövranını çətinləşdirərək şişkinliyi artıra bilər. Buna görə yayda rahat və ayağı sıxmayan ayaqqabılara üstünlük vermək məsləhətdir.

Şişkinlik güclüdürsə, yalnız bir ayaqda yaranırsa və ya ağrı kimi digər əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək lazımdır.

Xanım,
Medicina.az