Femoral Anteversiyon – ayaqlarını gəzərkən içə doğru basaraq yerimənin səbəbi çanaq başının çox önə əyilməsidir. Daha çox 2-4 yaş arasındakı uşaqlarda rast gəlinir. Bu xəstəlik zamanı uşaqda əyri oturuş və üzü aşağı yatmağı müşahidə edə bilərsiniz. Femoral Anteversiyon ciddi xəstəlik olaraq qəbul edilmir. Düzgün həkim və fizioterapevtik seanslarla normal dönə bilir.
Lakin içəri doğru basma zamanında müayinə və müalicə olunmasa, əyrilik daha da çoxalar, skolioz dərəcəsi artar, sonda əməliyyat tələb oluna bilər.
"Medicina" xəbər verir ki, fizioterapevt həkim Rəhimə Atəş bu diaqnozla azyaşlı pasiyentin müalicə və kontrol müayinəsi barədə danışıb.\
Aygün M.