Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ayaqqabı şkafının qoxusundan əsər-əlamət qalmayacaq - Bu qarışımı hazırlayın

  • 2025.06.13 10:02
  • 317 Baxış
Ayaqqabı şkafının qoxusundan əsər-əlamət qalmayacaq -  Bu qarışımı hazırlayın

Havanın temperaturunun artması ilə ayaqqabı şkaflarında yaranan pis qoxular kifayət qədər bezdirici olur. Bu qoxunun qarşısını almaq üçün istifadə edilən müxtəlif kimyəvi maddələr yerinə evdə hazırlayacağınız bu qarışım qoxudan əsər-əlamət qalmır.

Medicina.az xəbər verir ki, gündüzlər ayaqqabıda qalan ayaqlar tərləyir və zamanla ayaqqabının içini qoxuya salır.

Ayaqqabıların bağlı şkafda saxlanması xoşagəlməz qoxuların şkafa yayılmasına səbəb olur, ona görə də bu qoxuları aradan qaldırmaq üçün kimyəvi maddələrdən istifadə etmək lazımdır.

Ayaqqabı şkafında çökən və olduqca bezdirici qoxunun qarşısını almaq üçün sizə lazım olacaq materiallar çörək sodası, lavanda yağı, corab və istəyə görə qara çaydır.



Qoxunu udma xüsusiyyətləri ilə tanınan çörək sodası, efir yağları ilə birləşdirildikdə, pis qoxuları aradan qaldırmaqda çox təsirli olur və eyni zamanda uzunmüddətli təravət verir.

Bir qaba 2 xörək qaşığı soda qoyun və 10 damcı lavanda yağı əlavə edin. Sonra istəyə bağlı olaraq bir çay qaşığı qara çay əlavə edin və qarışımı köhnə çorabın içinə qoyun, bağlayın və ayaqqabı şkafında saxlayın.

Aygün
Medicina.az