Az kalorili almalı cipsi - Elə indi hazırlayın

  • 2020.02.12 12:04
  • 2940 Baxış
Az kalorili almalı cipsi -   Elə indi hazırlayın
Marketlərdə satılan keyfiyyətsiz yediyiniz cipsiləri yemək ya da uşağınıza vermək əvəzinə, özünüz mətbəxdə keyfiyyətli versiyalarını hazırlaya bilərsiniz.

Medicina.az həm aşağı kalorili həm də hamının, xüsusilə də uşaqların sevdiyi alma cipsinin hazırlanma qaydasını təqdim edir:
Lazım olanlar: 3 qırmızı alma, limon suyu, ,bir az darçın

Hazırlanma qaydası:
Almaları yuyub qabıqlarını soymadan cips kimi incə-incə kəsin. Kəsdiyiniz almaları limon suyu ilə ovalayın. Sobaya vermədən öncə üzərinə darçın səpəcəyiniz bir miqdar darçınla toxluq hissi yaranmasını sürətləndirə bilərsiniz. Qaba yağlı kağızı qoyun və alma dilimlərini düzün. Öncədən isidilən 120 dərəcə sobada təxminən yarım saat bişirin. Daha sonra sonra soyumasını gözləyin.