Bu qidalar 10 qutu enerji içkisinə bərabərdir

  • 2024.07.01 10:28
  • 707 Baxış
Bu qidalar 10 qutu enerji içkisinə bərabərdir
Gün ərzində enerjinizi artırmaq üçün sağlamlığa zərərli olan enerji içkilərinə ehtiyacınız yoxdur.

Sağlam qidalanmanın gündəlik enerji səviyyələrimizi və ümumi gücümüzü artırmağın vacib hissəsi olduğu bilinir.

Medicina.az xəbər verir ki, insanın gücünə güc qatan kifayət qədər meyvə var.

Mütəxəssislərin sözlərinə görə, bu meyvələri istehlak edənlər yorğunluğun nə olduğunu bilmirlər.

İdmançılar da tez-tez enerji toplamaq üçün bu meyvələrdən istifadə edirlər. Çünki bu meyvələr həm də əzələ inkişafına töhfə vermə potensialına malikdirlər.

Həmin meyvələri təqdim edirik:

1. Banan:

Banan kompleks karbohidratlar və kaliumla zəngindir. Bu da onu vacib enerji mənbəyinə çevirir. Bundan əlavə, banan D vitamin ehtiva edir. Sağlam sümüklər üçün də vacib meyvələrdən biri banandır.

2. Portağal:

Portağal C vitamini ilə zəngindir və immunitet sistemini gücləndirərək yorğunluğun qarşısını alır. Bundan əlavə, dəmirin udulmasını artıraraq, yorğunluqla əlaqəli simptomları azalda bilər.

3. Avokado:

Avokado liflə zəngindir və qan şəkərində qəfil dalğalanmaların qarşısını ala bilən sağlam yağlar ehtiva edir.

4. Alma:

Alma, davamlı enerji təmin edən, yavaş həzm olunan təbii şəkərlərdən ibarətdir.

5. Xurma:

Xurma məşq öncəsi və ya sonrası enerji üçün istifadə olunan əla karbohidrat mənbəyidir.

Qeyd edək ki, bütün bu sadalanan meyvələrdə əzələləri qoruyan karbohidratlar, sağlam yağlar və əzələ böyüməsini dəstəkləyən vitaminlər, minerallar, eləcə də polifenollar var.


Aysel