HİV xəstələri sperma və yumurta donoru ola biləcəklər - Qalmaqallı QƏRAR

  • 2024.05.16 11:11
  • 361 Baxış
HİV xəstələri sperma və yumurta donoru ola biləcəklər -  Qalmaqallı QƏRAR
İngiltərədə yoluxucu olmayan HİV-dən əziyyət çəkən homoseksual cütlüklərin yumurta və ya sperma bağışlayıb valideyn ola biləcəkləri açıqlanıb.

Mütəxəssislər bildirirlər ki, bu mübahisəli qərar Böyük Britaniya qanunlarının elmlə ayaqlaşması üçün qəbul edilib.

Medicina.az xəbər verir ki, effektiv dərman müalicəsi ilə donorluq zamanı virusun başqalarına ötürülməsi riski aradan qaldırılacaq.

Bu addım “in vitro” mayalanmaya çıxışın yaxşılaşdırılması və bərabər hüquqların təmin edilməsi üzrə daha geniş işin bir hissəsi kimi qələmə verilir.

Qanundakı bu dəyişiklik HİV-ə yoluxmuş, minlərlə eynicinsli cütlüyün uşaq sahibi ola biləcəyi mənasına gəlir. İndiyədək HİV-ə yoluxmuş kişinin qadın partnyoruna sperma bağışlanmasına icazə verilirdi.

Fəallar qanundakı yeniliyin həm HİV, həm də LGBT+ hüquqları üçün “böyük qələbə” olduğunu deyirlər. HİV-ə yoluxmuş insanlar artıq istədikləri hər kəsə sperma və ya yumurtalarını bağışlaya biləcəklər.

Səhiyyə naziri Mariya Kolfild dəyişikliklərin daha ədalətli bir sistem yaradacağını və daha çox insanın "valideyn olmaq arzularına çatmasına" imkan verəcəyini söyləyib.

Hökumətdən bildirilib ki, yaxın bir neçə ay ərzində klinikalar müvafiq proseslərə başlayacaq.


Aysel