Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Instagram” və “TikTok” uşaqların siqaret çəkmə ehtimalını artırır – TƏHLÜKƏ

  • 2024.05.20 11:11
  • 776 Baxış
“Instagram” və “TikTok” uşaqların siqaret çəkmə ehtimalını artırır –  TƏHLÜKƏ
Araşdırmalar “Instagram” və “TikTok”da çox vaxt keçirən uşaqların və yeniyetmələrin siqaret çəkmə ehtimalının daha çox olduğunu göstərib.

Medicina.az xəbər verir ki, Böyük Britaniyada fəaliyyət göstərən ekspertlər müəyyən ediblər ki, gənclər sosial mediada nə qədər çox vaxt keçirirlərsə, bu vərdişləri mənimsəmə ehtimalı bir o qədər çox olur.

Gündə yeddi saatdan çox sosial şəbəkələrdən istifadə edənlərin elektron siqaretdən istifadə etmə ehtimalı dörd dəfə, siqaret aludəçisi olma ehtimalı isə səkkiz dəfə çoxdur.

“Thorax” jurnalında dərc edilən araşdırmaya Böyük Britaniyada yaşayan 10-25 yaş arası 10 808 uşaq və gəncin məlumatları daxil edilib.

Təhlil nəticəsində məlum olub ki, sosial mediadan istifadə etməyənlərin 0,8-i elektron siqaretdən istifadə etdiyi halda, gündə bir saatdan üç saata kimi "Instagram" və "TikTok" istifadə edənlər arasında bu nisbət 2,4 faizə yüksəlir.

Gündə dörd-altı saat sosial mediadan istifadə edənlər üçün bu nisbət 3,8 faizə, yeddi saatdan çox sosial şəbəkədə qalanlar üçün isə 4 faizə yüksəlib.

Digər tərəfdən, sosial mediadan istifadə etmədiyini deyənlərin 2 faizi hazırda siqaret çəkdiyini ifadə edərkən, sosial mediadan gündə 1-3 saat istifadə edənlərdə bu nisbət 9,2 faizdir. Gündə 4-6 saat sosial mediadan istifadə edən siqaret çəkənlər arasında nisbət 12,2 faiz, iş günlərində yeddi və ya daha çox saatını sosial şəbəkəyə sərf edənlərdə isə 15,7 faizdir.

“Imperial College London School of Public Health” bildirir ki, bu, elektron siqaret şirkətlərinin məhsullarını bazara çıxarmaq üçün sosial mediadan istifadə etməsinin nəticəsidir.

Başqa bir araşdırma, uşaqların elektron siqaret marketinqinə məruz qalmasının ən yüksək səviyyədə olduğunu göstərib. Uşaq və yeniyetmələrin daha çox meyvə və şirin ətirli elektron siqaretlərə üstünlük verdiyi bildirilir.
“Action on Smoking and Health” təşkilatının illik sorğusunun nəticələri vəziyyətin nə qədər qorxunc olduğunu göstərir. Belə ki, 2024-cü ildə 11-17 yaş arası 2 587 uşaq arasında aparılan sorğunun nəticələrinə görə, onların 7,6 faizi hazırda siqaret çəkir.


Aysel