Kök hüceyrə üzrə türkiyəli mütəxəssislər İnteqrativ Müalicə Mərkəzində

  • 2024.05.13 14:56
  • 623 Baxış
 Kök hüceyrə üzrə  türkiyəli mütəxəssislər  İnteqrativ Müalicə  Mərkəzində
7-8 may 2024-cü il tarixində Azərbaycanda ilk dəfə beynəlxalq “Kök hüceyrə və Regenerativ tibb kongresi” keçirilib.

"Medicina" xəbər verir ki, Kök hüceyrə və regenerativ tibb sahəsində ən son yeniliklərin və aktual mövzuların müzakirə olunduğu beynəlxalq tədbirə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimləri də qatılmışdı.

İnteqrativ Müalicə Mərkəzinin qastroenteroloqu Arzu Quliyeva həmin konqresdə ” Kron xəstəliyi zamanı fistulaların müalicəsində kök hüceyrənin və eksozomların tətbiqi” mövzusu ilə çıxış etmişdi.

Bağırsağın iltihabi xəstəliklərindən sayılan kron və xoralı kolit xəstəliklərinin müalicəsində Arzu doktorun əldə etdiyi uğurlu nəticələrin sorağı artıq ölkəmizin sərhədlərindən kənarda da pasientlərin diqqətini çəkib. Bu səbəbdən adı çəkilən xəstəliklərdən əziyyət çəkən əcnəbi vətəndaşlar artıq müalicə üçün İnteqrativ Müalicə Mərkəzinə müraciət edirlər.Konqresdəki çıxışının sonunda Arzu xanımın bu sahədəki təcrübəsini əks etdirən videomateriallar beynəlxalq tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdu.


Kök hüceyrə üzrə Türkiyəli mütəxəssislər -- CureCell Biotechnology şirkətinin baş direktoru Duyunc Soyyöruk və həmin şirkətin Qastroenterologiya bölümünün müavini Burçin Zorlu konqresdən sonrakı günlərdə Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin qonağı olublar.

Mərkəzin onkoloq, terapevt, qastroenteroloq, ginekoloq, kosmetoloq və s. həkimlərinin iştirakı ilə keçirilən tədbirdə kök hüceyrənin tətbiqi ilə bağlı maraqlı müzakirələr olub.Müzakirədən sonra həkim və mütəxəssislər belə qənaətə gəliblər ki, İnteqrativ Tibblə Regenerativ Tibbin birgə tətbiqi sayəsində xroniki və degerenativ xəstəliklərin müalicəsində daha ekkektli nəticələr əldə etmək olar.

AYgün M