Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qripdən qoruyan 3 məhsul

  • 2025.02.28 12:31
  • 610 Baxış
Qripdən qoruyan  3 məhsul

Medicina.az qripə qarşı faydalı olan təbii məhsulları təqdim edir:



Qripin tam müalicəsi olan şam qozu pastası immunitet sistemini gücləndirir, xəstəlikdən yaranan yorğunluğu azaldır və orqanizmin müqavimətini artırır. Boğaz ağrılarını aradan qaldırır və bəlğəmgətirici xüsusiyyətlərə malikdir. Hər hansı xəstəliyi olanların, hamilə qadınların və dərman qəbul edənlərin şam qozu pastasından istifadə etməzdən əvvəl mütəxəssisə müraciət etmələri yaxşı olardı.

Gicitkən iltihab əleyhinə, antibakterial və immuniteti gücləndirən xüsusiyyətləri sayəsində orqanizmi infeksiyalara qarşı qoruyur, boğazı sakitləşdirir və burun tıxanıqlığını aradan qaldırır. Bundan əlavə, bədənin müqavimətini artıraraq qrip simptomlarını aradan qaldırmağa kömək edir.



Qara zirə yağı qripə qarşı immunitet sistemini gücləndirən təsirli təbii müalicə üsuludur. Antiviral və antibakterial xüsusiyyətləri sayəsində orqanizmi infeksiyalardan qoruyur, tənəffüs yollarını açır və burun tıxanıqlığını aradan qaldırır. Həmçinin öskürəyi azaltmaqla qripin simptomlarını aradan qaldırmağa kömək edə bilər.



Qripin simptomları

Yüksək hərarət (38°C və yuxarı, bəzən üşütmə ilə)

Şiddətli əzələ və oynaq ağrısı

Zəiflik və yorğunluq

Baş ağrısı

Titrəmə

Quru öskürək (bəzən bəlğəmlə)

Boğaz ağrısı

Axan və ya tıxanmış burun

Asqırmaq

Qrəkbulanma

Qusma

İshal (xüsusilə uşaqlarda müşahidə olunur)

KİM DAHA ÇOX RİSKDƏDİR?

Yaşlı (65 yaşdan yuxarı) insanlar

Körpələr

Xroniki xəstəlikləri olanlar (diabet, astma, KOAH, ürək xəstəlikləri və s.)

Hamilə qadınlar

İmmuniteti zəif olanlar


Məsləhətlər:

- Əllərin yuyulmasına və şəxsi gigiyenaya diqqət yetirilməlidir; Çirkli əllərlə ağız, burun və gözlərə toxunmaq olmaz.

- Asqırma və öskürmə zamanı ağız və burun salfetka ilə bağlanmalı və istifadə edilən salfetlər atılmalıdır. Bundan sonra əllər yuyulmalıdır.

- Xəstə insanlarla yaxın təmasdan qaçınılmalı, izdihamlı və qapalı mühitlərdə uzun müddət qalmamalıdır.

Aygün
Medicina.az