Roma dövründə möcüzə hesab edilən bitki - Faydaları

  • 2024.06.20 17:21
  • 986 Baxış
Roma dövründə möcüzə hesab edilən bitki -  Faydaları
Hiltit tarix boyu bir çox sağlamlıq faydası olduğu düşünülən və müxtəlif xəstəliklərin müalicəsində istifadə edilən bitkidir.

Medicina.az xəbər verir ki, hiltit bitkisi antispazmodik, bəlğəmgətirici, sakitləşdirici təsirlərinə görə Roma İmperiyası dövründən bəri istifadə olunur.

Onun astma, öskürək və bronxit kimi tənəffüs xəstəliklərinin müalicəsində xüsusilə təsirli olduğu bilinir. Həmçinin qan təzyiqinin aşağı salınması və bağırsaq xəstəliklərinin simptomlarının aradan qaldırılması üçün də istifadə edilir.

Bu bitki qan şəkərini nəzarətdə saxlayır. Qida maddələrinin udulmasını yaxşılaşdıraraq FODMAP pozğunluğuna yaxşı təsir göstərir.

Qaz problemlərini azaltmaqda da təsirli olan hiltit hind mətbəxində ədviyyat kimi istifadə edilir.

Hiltit antioksidant mənbəyi kimi də dəyərlidir, çünki hüceyrələri sərbəst radikalların yaratdığı zərərdən qoruyur. O, fenolik birləşmələr, taninlər və flavonoidlər kimi güclü antioksidan təsirləri ilə tanınan yüksək miqdarda birləşmələr ehtiva edir.

Odur ki, bu bitkidən ənənəvi və müasir tibbdə müxtəlif sağlamlıq problemləri zamanı istifadə edilir.


Aysel