Saniyələr ərzində bağırsaqları təmizləyən içki - Professor tövsiyə edir

  • 2024.07.10 11:11
  • 482 Baxış
Saniyələr ərzində bağırsaqları təmizləyən içki -  Professor tövsiyə edir
Bəzi qidaların bədəni təmizlədiyini və toksinləri atdığını bilirik. Bu baxımdan xüsusilə tərkibindəki vitamin və minerallar sayəsində bədəni başdan ayağa təmizləyən iki məhsul diqqət çəkir: cəfəri və limon.

Qaraciyərdən toksinlərin atılmasına kömək edən bu ikili bağırsaqlar üçün də əsl dərman kimi fəaliyyət göstərir.
Prof. Dr. İbrahim Saraçoğlu bu iki qidanı birlikdə istehlak etməyi məsləhət görür.

Onun sözlərinə görə, cəfəri ilə limon qarışımını səhər acqarına içdiyiniz zaman ən qısa zamanda təsirləri hiss edilir.

Medicina.az Prof. Dr. İbrahim Saraçoğlunun reseptini təqdim edir:

Bir dəstə cəfəri, yarım limon şirəsi və yarım stəkan suyu blenderdən keçirin. Daha sonra bu qarışımı hər səhər acqarına 1 stəkan içə bilərsiniz. Qarışımı hər dəfə təzə məhsullarla hazırlayıb içmək daha faydalı olacaq.

Bu qarışım hansı işə yarayır?


* Maddələr mübadiləsini sürətləndirir.

* Qaraciyər yağlanmasına faydalıdır.

* Bağırsaqları təmizləyir.

* Yüksək qan təzyiqini balanslaşdırır.

* Ağciyərləri təmizləyir.

* Xolesterolu balanslaşdırır.

* Ürək-damar sağlamlığını qoruyur.

* Sümük və oynaq ağrılarını aradan qaldırır.


Aysel