"Səhiyyə Könüllüsü" layihəsi başladı

  • 2024.05.16 15:30
  • 228 Baxış
"Səhiyyə Könüllüsü" layihəsi başladı

Naxçıvan MR Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, layihənin təqdimat mərasimində əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


"Medicina" xəbər verir ki, ötən müddətdə könüllülərin fəaliyyəti, bu sahədə qazanılan uğurlarla bağlı çıxış edən Naxçıvan Muxtar Respublika Xəstəxanası PHŞ-in əməkdaşı Alim Ağayev qeyd edib ki, son dövrlər Naxçıvan səhiyyəsində tətbiq edilən yeniliklər, həyata keçirilən islahatlar sakinlər tərəfindən böyük sevinclə qarşılanır.

Ölkə başçısının təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikada səhiyyə sahəsində göstərilən xidmətlərin keyfiyyətinin və əhatə dairəsinin artırılması, ixtisaslı kadrların yetişdirilməsi, özəl səhiyyə müəssisələrinin yaradılması kimi mühüm məsələlər yer alıb.

Könüllü təşəbbüsləri üzə çıxarmaq, onları dəstəkləmək, könüllülər qrupu formalaşdırmaq və birgə layihələr icra etmək üçün nəzərdə tutulan “Səhiyyə könüllüsü sıralarına sən də qoşul” adlı yeni layihə haqqında ətraflı məlumat verən Naxçıvan MR Səhiyyə Nazirliyinin nümayəndəsi Günəş Qədimova nazirliyin təşkilatçılığı ilə muxtar respublikada 2023-cü ilin iyun ayından ilk dəfə olaraq səhiyyə könüllülərinin fəaliyyətə başladığını deyib.

Bildirilib ki, gənclərin sosial problemlərinin həllinə kömək etməklə yanaşı, səhiyyə və sağlamlıq istiqaməti üzrə tibb tələbələrinin könüllü fəaliyyətə təşviq edilməsi onların dəyərli biliklər, yeni bacarıqlar qazanmaları üçün yeni bir könüllülük layihəsinə start verilir.

Tədbirin yekununda könüllüləri maraqlandıran suallar cavablandırılıb, təqdimat və videoçarxlar nümayiş olunub.



Aygün M