Süni intellekt kişi və qadın beyni arasındakı fərqi tapdı

  • 2024.05.27 16:58
  • 640 Baxış
Süni intellekt kişi və qadın beyni arasındakı fərqi tapdı
Stanford Universitetinin yeni araşdırması yuxu, yaddaş və qərar qəbul etmədən məsul olan sahələrdə kişi və qadın beyni arasında əhəmiyyətli fərqlər aşkar edib.

Medicina.az CNN-ə istinadən xəbər verir ki, araşdırmada 20-35 yaş arasında olan, təxminən 1500 gəncin beyin fəaliyyətini araşdırmaq üçün süni intellekt üsullarından istifadə edilib.

Tədqiqatçılar beyin fəaliyyətlərini süni intellekt vasitəsilə təhlil ediblər. Nəticədə qadın və kişi beyninin yuxu görmə, yaddaş və qərar vermə proseslərindən məsul olan bölgələrində fərqlərin olduğu ortaya çıxıb.

“Nəticələr bu günə qədərki ən inandırıcı və ümumiləşdirilə bilən dəlilləri təqdim etdi. Bu, insan beyninin funksional təşkilində cinsi fərqlərin olduğunu göstərdi", - deyə professor Vinod Menon bildirib.

Bu fərqlərin nələrdən ibarət olduğu, eləcə də araşdırma ilə bağlı digər detallar isə hələlik açıqlanmayıb.

Komandanın araşdırmanın əhatəsini daha da genişləndirmək üçün işləri davam etdirdiyi bildirilib.


Aysel