Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Deputat nazirin qalmaqallı qərarına etiraz etdi - Onlara şans verin! - VİDEO

  • 2025.05.17 10:39
  • 701 Baxış
Deputat nazirin qalmaqallı qərarına etiraz etdi -  Onlara şans verin! - VİDEO

"Bir çox həmkarımın dilə gətirdiyi məsələni cənab nazirin diqqətinə çatdırmaq istəyirəm. Qanunların bəzən sərt olması problemlər yaradır".

Medicina.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin ötəngünkü iclasında deyib.

Onun sözlərinə görə, sertifikasiya imtahanları dünyada mövcuddur. Amma sertifikasiya imtahanına girmədən əməliyyatın ortasında "etmə, haqqın yoxdur", deyərək bir tələbin ortaya qoyulması, səhəri gün xəstənin əlindən alınması ciddi təzadlar yaradır:

"Əslində qanunun bizə ehtiva etdiyi bəzi məqamlar var ki, bunlar birmənalı olaraq xəstəxanaların və tibb müəssisələrinin mexanizminə ciddi zərər vurur. Avropada, inkişaf etmiş ölkələrdə heç bir imtahana görə iş fəaliyyəti dayandırılmır. Belə bir şey olmur. Bu, həm tibbi xidmətin keyfiyyətli keçirilməsinə zərər verir, həm də insanın hüquq və azadlığına qarşı olan hadisədir. Bəli, imtahan keçirilsin, imtahandan sonra ikinci, üçüncü şans da verilsin. Qanunvericilikdə də göstərilib. Amma onu işdən uzaqlaşdırmaq nə bizim islahatların gündəliyinə, nə bizim real resurslara uyğun deyil. Bu məsələ müzakirə olunmalıdır".

R.Mahmudov qeyd edib ki, yeni qərarlar verilməlidir:

"Biz həkimləri və səhiyyə işçilərini sıxışdırdıqca nəticə əldə edə bilməyəcəyik. Onlarla müzakirə aparmalıyıq..."

Daha ətraflı videoda:



Aygün
Medicina.az

Deputat nazirin qalmaqallı qərarına etiraz etdi -  Onlara şans verin! - VİDEO