Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Saç dibinə darçın tökün, təsirini dərhal görün...

  • 2025.05.31 10:00
  • 321 Baxış
Saç dibinə darçın tökün,  təsirini dərhal görün...

Saç dibinə darçın tökmək qəribə səslənsə də, faydalarını eşidənlər bunu vərdiş halına gətirir.

Medicina.az xəbər verir ki, saçların sağlamlığı və uzanması üçün baş dərinizə qulluq etmək çox vacibdir.

Baş dərinizə qulluq etmək saçınızın köklərini gücləndirməyə kömək edir, kəpəyin yaranmasının qarşısını alır və saç tökülməsini azaldır.

Bahalı müalicələr əvəzinə evinizdə olan məhsullarla buna nail olmaq mümkündür.



Xüsusilə darçın ilə!

Bəli, düz eşitdiniz. Darçının saç dərinizə faydaları sizi təəccübləndirəcək...

Darçın baş dərisində qan dövranını artırır, saç köklərinin daha çox qida qəbul etməsinə şərait yaradır. Bu, saçları gücləndirir və onların sağlam uzanmasına kömək edər.

Darçın adətən təbii yağlarla qarışdırılır və baş dərisinə masaj edilir.

Həmçinin antifungal xüsusiyyətlərə malikdir. Bu xüsusiyyət baş dərisindəki göbələk və kəpək problemlərini aradan qaldıra bilər. Darçın həm də baş dərisindəki artıq yağı balanslaşdırır.

Aygün
BakuPost