Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Nüvə müharibəsi olarsa - Bu 5 ölkə salamat qala bilər

  • 2025.05.13 16:50
  • 185 Baxış
Nüvə müharibəsi olarsa  - Bu 5 ölkə salamat qala bilər



Yeni Zelandiyanın Otaqo Universitetinin alimləri nüvə müharibəsindən sağ çıxa biləcək 5 ölkəni müəyyənləşdiriblər.

“Medicina” xəbər verir ki, nüvə müharibəsi başlasa, kənd təsərrüfatını 80% azaldacaq və şimal yarımkürəsində demək olar ki, tamamilə məhv olacaq.


Yeni Zelandiya, Avstraliya, İslandiya, Vanuatu və Solomon adalarının sağ qalmaq şansı yüksək olacaq - onlar ekstremal şəraitdə qidalanmaq üçün kifayət qədər kənd təsərrüfatı məhsullarına və imkanlara malik olacaqlar.

Bir qədər əvvəl fizik İqor Ostretsov nüvə müharibəsinin baş verə biləcəyindən və nə üçün nüvə münaqişəsinin ümumiyyətlə, mümkün olmadığından danışıb.

Qeyd edək ki, rusiyalı alimlər nüvə müharibəsində Sibir ərazilərinin təhlükəsiz olacağını demişdi.

Aygün Musayeva