Qadınların bir çoxu müəyyən dövrlərdə süd vəzində ağrılar və ya həssaslıq hiss edirlər.
Nəzərə alsaq ki
, süd vəzi xərçəngi dünyada qadınlar arasında ən çox rast gəlinən xəstəliklərdəndir, bu ağrılar təbii olaraq təşviş yarada bilər.
Medicina.az xəbər verir ki, əslində süd vəzində ağrıların bir çox fərqli səbəbi ola bilər:
• Hormonal dəyişikliklər
• Menstrual dövr
• Hamiləlik və südvermə dövrü
• Əzələ gərginliyi
• Digər fərdi faktorlar
İnteqrativ tibb mütəxəssisi, onkoloq-mammoloq Rəna Niftəliyeva qeyd edir ki, əksər hallarda süd vəzi ağrıları ciddi problemlərlə əlaqəli olmur. Lakin ağrı uzun müddət davam edir, təkrarlanır və ya yalnız bir tərəfdə hiss olunursa, səbəbini araşdırmaq vacibdir. Xüsusilə bu
əlamətlər varsa, gecikdirmədən həkim müayinəsindən keçməlisiniz:
✔ Döşdə kütlə hissi
✔ Dəridə dəyişikliklər
✔ Qanlı ifrazat
✔ Qızartı və ya yeni yaranan dəyişikliklər
İnteqrativ Tibb mütəxəssisi qeyd edir ki, süd vəzində yaranan ağrını uzun müddət diqqətdən kənarda saxlamaq əvəzinə, xüsusilə davamlı və təkrarlanan hallarda həkim müayinəsindən keçmək lazımdır.
Süd vəzi ağrısının səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün həkim tərəfindən qiymətləndirmə aparılmalı və ehtiyac olduqda müvafiq müayinələr təyin edilməlidir.
Süd vəzi ağrıları və diqqət edilməli olan təhlükəli əlamətlər barədə onkoloq-mammoloq Rəna Niftəliyevanın ətraflı video-açıqlamasını
bu linkə daxil olaraq izləyə bilərsiniz.
Medicina.az