43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində öldü

  • 2026.10.02 14:08
  • 115 Baxış
43 yaşlı kişi təcili yardım mərkəzinin həyətində  öldü

Bakıda 43 yaşlı kişi qəfil vəfat edib.

Medicina.az xəbər verir ki, hadisə oktyabrın 1-i saat 08 radələrində Hövsan qəsəbəsindəki Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həyətində baş verib.

Vəfat edən şəxs Saatlı rayon sakini, 1983-cü il təvəllüdlü Ravin Daxil oğlu Nərimanovdur.

Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.