Azad Rəhimov Bakıya gətirilib? - Rəsmi CAVAB

  • 2021.04.29 23:09
  • 1538 Baxış
Azad Rəhimov Bakıya gətirilib? -  Rəsmi CAVAB
Gənclər və İdman Nazirliyi nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı bəzi saytlarda yayılan xəbərlərə aydınlıq gətirib.


Medicina.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Səmayə Məmmədova “Facebook” səhifəsində məlumat paylaşıb.

“Hörmətli media nümayəndələri, bəzi saytlarda nazir Azad Rəhimovun Bakıya gətirilərək özəl xəstəxanalardan birində süni nəfəs aparatına qoşulması ilə bağlı yazılan xəbər yanlışdır. Azad müəllimin vəziyyəti ağır olaraq qalır. ABŞ-dadır”, - S.Məmmədova belə yazıb.


***

Bir müddətdir ABŞ-da müalicə alan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Bakıya gətirilib.

Medicinma.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, 56 yaşlı nazir paytaxtda özəl xəstəxanalardan birinə yerləşdirilib. Koma vəziyyətində olan Azad Rəhimov süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki, ağciyər xərçəngi və qaraciyər serrozundan əziyyət çəkən nazir, yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanmışdı.