Azad Rəhimovun müalicəsindən - XƏBƏR VAR

  • 2021.02.02 15:03
  • 1093 Baxış
Azad Rəhimovun müalicəsindən  - XƏBƏR VAR

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azad Rəhimovun səhhəti ilə bağlı danışıb.

İ.Babayev açıqlamasında nazirin vəziyyətinin yaxşı olduğunu bildirib.

O, hər gün A.Rəhimovla əlaqə saxladıqlarını vurğulayıb: "Hər bir addım, fəaliyyətimiz birbaşa onun tapşırıqları əsasında həyata keçirilir və özü ilə razılaşdırılır. İnanıram ki, qısa zamanda dönüb, yenidən canlı şəkildə gənclər və idman siyasətinin həyata keçirilməsində iştirak edəcək".


Qeyd edək ki, Azad Rəhimov hazırda ABŞ-da müalicə alır. Onun ağciyərlərin şişi və qaraciyər xəstəliyindən əziyyət çəkdiyi bildirilirdi. (Report)