"Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir" - Gürcü immunoloq

  • 2021.03.06 09:50
  • 1885 Baxış
"Azəbaycanda tətbiq olunan vaksin çox ümidvericidir" -  Gürcü immunoloq

"Azəbaycan və Türkiyədə tətbiq olunan Çinin "SinoVac" vaksini çox ümidverici görünür".

Medicina.az xəbər verir ki, bunu immunoloq-allerqoloq Bidzina Kulumbeqov Birinci kanalın "Günün mövzusu" proqramında deyib.

Onun sözlərinə görə, Gürcüstan Çin vaksini də tədarük etməlidir: "Çində üç perspektivli peyvənd - "SinoVac", "Sinopharm" və "CanSino" preparatları hazırlanır. Çin bazarı əlçatanlıq baxımından ciddi bazardır, çünki orada böyük epidemiya yoxdur".