Azərbaycada orqanlarını bağışlamaq istəyənlər hara müraciət etməlidir?

  • 2024.04.06 17:30
  • 646 Baxış
Azərbaycada orqanlarını bağışlamaq istəyənlər  hara müraciət etməlidir?
Hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayı 1000-ə yaxındır.

"Medicina" xəbər verir ki, Orqan donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasovanın lent.az-a açıqlamasında orqan transplantasiyasında yeniliklərdən danışıb.

"Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxs Orqan donorluğu və transplantasiya üzrə mərkəzə müraciət edə bilərlər. Mərkəzimizdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25 dekabr 2023-cü il tarixli qərarı ilə təsdiqlənmiş beyin ölümündən sonra donor olmaq istəyən şəxslərin ərizə forması doldurulur və həmin şəxslər bu ərizə əsasında qeydiyyata alınır.


Anonimlik "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikası qanununun 24-cü maddəsinə əsasən tənzimlənir. Belə ki, Mərkəzimiz tibb müəssisəsi ilə birlikdə şəxsin ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtina etməsi barədə iradə ifadəsinin olması haqqında informasiyanın məxfiliyini qoruyur.

Medicina.az