Azərbaycan klubunda COVID-ə yoluxma - oyun təxirə salındı

  • 2022.02.01 16:53
  • 854 Baxış
 Azərbaycan klubunda COVID-ə yoluxma    - oyun təxirə salındı


Kişi voleybolçulardan ibarət “Sərhədçi” klubunda iki koronavirusa yoluxma aşkarlanıb.

Medicina.az xəbər verir ki, komandanın baş məşqçisi Qüdrət Məlikov və adı açıqlanmayan voleybolçusunun testi müsbət nəticə verib.

Bu səbəbdən bütün komanda karantinə alınıb. “Sərhədçi”nin üzvlərinin təcrid olunması Azərbaycan çempionatının Yüksək Liqasının təqviminə də təsirsiz ötüşməyib.

Komandanın qarşıdakı iki görüşü təxirə salınıb və artıq rəqiblər bu barədə məlumatlandırılıb. Fevralın 2-də MOİK, üç gün sonra “Murov”la matçlara çıxa bilməyəcək “Sərhədçi”nin qarşılaşmalarının tarixini Azərbaycan Voleybol Federasiyası müəyyənləşdirəcək. Apasport.az