Azərbaycan koronavirusun yayılmasının ilk mərhələsindədir - Dünya Səhiyyə Təşkilatı

  • 2020.03.10 16:21
  • 46476 Baxış
Azərbaycan koronavirusun yayılmasının ilk mərhələsindədir -  Dünya Səhiyyə Təşkilatı

“Azərbaycanda 11 nəfərin koronavirusa yoluxmasının dərhal deyilməsi yaxşı haldır. Bütün hökumətlər yoluxma halı olduqda 48 saat içində xəbər verməlidirlər”.

Medicina.az xəbər verir ki, bunu mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

Onun sözlərinə görə, xəstəliyin yayılmasının üç mərhələsi var və Azərbaycan ilk mərhələdədir:

“Azərbaycan hökuməti xəstəliyə yoluxma halını sərhəddə aşkarlaya bilir. Virusu içəri daxil etməməyə çalışırlar”.

H.Harmancı qeyd edib ki, hər yerdə olduğu kimi, Azərbaycanda da koronavirusdan ölüm halı ola biləcək:

“Virus yayılıbsa, ölüm halının olmamasını gözləyə bilmərik”.