Azərbaycan Qırğızıstana peyvənd göndərdi

  • 2021.07.17 09:27
  • 1237 Baxış
Azərbaycan Qırğızıstana peyvənd göndərdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Qırğız Respublikasına humanitar yardım göndərilib.

Bu barədə Medicina.az -a Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən məlumat verilib.

Beləliklə, iyulun 16-da 40 min doza AstraZeneka peyvəndini daşıyan təyyarə Qırğızıstanın “Manas” Beynəlxalq Hava Limanında eniş edib.

Yükü Azərbaycan tərəfdən - Azərbaycanın Qırğız Respublikasında Səfirliyinin diplomatları, Qırğızıstan tərəfdən - xarici işlər nazirinin müavini Əzizbek Madmarov, Səhiyyə və Sosial İnkişaf Nazirliyinin stats-katibi Japarkul Taşiyev və Respublika İmmunoprofilaktika Mərkəzinin direktoru Gülbara İşenapisova qəbul ediblər.