Azərbaycan sərhədləri təcili bağlamalıdır – Avropadakı mutasiya ölkəyə keçərsə….

  • 2020.12.21 13:48
  • 2638 Baxış
Azərbaycan sərhədləri təcili bağlamalıdır  – Avropadakı mutasiya ölkəyə keçərsə….

Bütün dünya mətbuatının bir neçə gündür təşvişlə tirajladığı xəbərlərdə koronavirusun yeni mutasiyası artıq Böyük Britaniya və onun qonşuluğunda olan ölkələrdə koronavirusun yeni mutasiyasının yayıldığı bildirilir.


İngiltərədə aşkarlanmış mutasiyanın indiki ştamma baxdıqda daha amansız olduğu bildirilir. Artıq ÜST pandemiyanın başqa bir həddə keçəcəyini və ölkələri karantin tədbirlərini daha sərt etməyi tövsiyə edib.


Medicina.az xəbər verir ki, Böyük Britaniyanın baş həkimi, professor Kris Uittinin bəyanatında bildirib ki,

İngiltərənin Cənub-Şərqində yeni virus növünün sürətlə yayılması ilə əlaqədar olaraq Tənəffüs Virusu Təhlükələri Məsləhət Şurası bu virus növünün daha sürətli şəkildə yayıla biləcəyini güman edir.

"Biz Ümumdünya Səhiyyə Təşkilatını xəbərdarlıq etdik. Yeni virus növünün daha yüksək ölüm halına səbəb olması və ya peyvəndlərə, müalicələrə təsir etməsi barədə hələ məlumat yoxdur, lakin bunu təsdiqləmək üçün təcili araşdırmalar aparılır”


Qeyd edək kiə, artıq bir çox ölkələr Britaniya ilə hava və quru yol sərhədlərini bağlayır və ümumilikdə Britaniyanı sərt təcridə çağırır.

Əgər Briyaniya və bu virusun keçdiyi Avstraliya, Belçikadan digər ölkələrə, eləcə də Türkiyə, Rusiya, ordan da Azərbaycana gələnlərlə ölkə ərazisinə keçsə, daxildə bu virusun qarşısını almaq mümkün olmayacaq.

Ona görə də Azərbaycan qonşuları ilə sərhədləri bağlamalı və ümumiyyətlə ölkə xaricindən bir insanın belə ölkə ərazisinə daxil olmasına yol verməməlidir.

Əks təqdirdə bu mutasiya ölkələri iflic vəziyyətinə salacaq.


Bu həftələrdə xaricdən gələn istənilən vətəndaş 21 günlük ciddi karantinə alınıb yoxlanmalı və evə buraxilmamalıdır.
Avropada vəziyyətlə bağlı ÜST xəbərdarlığını qulaq ardına vurmaq olmaz.

Aygün M.