2020-ci ildə Azərbaycanda qeydə alınan şəkərli diabet xəstələrinin və onkoloji xəstələrin sayı açıqlanıb.
Medicina.az xəbər verir ki, ötən il Azərbaycanda 286 596 nəfər şəkərli diabet xəstəsi qeydiyyata alınıb. Onlardan 1957 nəfəri uşaqdır.
Onkoloji xəstələrə gəlincə, ötən il, Milli Onkologiya Mərkəzində qeydiyyatda 52 718 onkoloji xəstə qeydə alındığı bildirilib.
Sənəd Milli Məclisin iclaslarında müzakirə ediləcək.