Azərbaycanda 108 yaşlı qadın vaksin olundu - FOTOLAR

  • 2021.02.20 09:48
  • 1775 Baxış
Azərbaycanda 108 yaşlı qadın vaksin olundu -  FOTOLAR

Azərbaycanda daha bir uzun ömürlü qadın koronavirusa qarşı peyvənd edilib.

Medicina.az Report-a istinadən xəbər verir ki, Yevlax rayon Qoyunbinəsi kənd sakini, 1913-cü il təvəllüdlü Növrəstə Məmişova COVID-19 əleyhinə peyvənd olunub.

O, peyvənddən sonra səhhətində problemin yaranmadığını, özünü yaxşı hiss etdiyini deyib.

Qeyd edək ki, Yevlaxda COVID-19 pandemiyasına qarşı vaksinasiya tədbirləri davam etdirilir.