Azərbaycanda daha 118 nəfərdə koronavirus aşkarlandı - 1 nəfər öldü

  • 2020.05.21 17:07
  • 3911 Baxış
Azərbaycanda daha 118 nəfərdə koronavirus aşkarlandı   - 1 nəfər öldü


Nazirlər Kabineti Operativ Qərargahın 21 may 2020-ci il məlumatına görə, Azərbaycan Respublikasında 118 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 87 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.


Medicina.az xəbər verir ki, daha bir COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1956-cı il təvəllüdlü vətəndaş vəfat etmişdir.


Hazırkı dövrədək ölkəmizdə 3749 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2340 nəfər müalicə olunaraq sağalıb, 44 nəfər vəfat edib, 1365 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 60 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.