Azərbaycanda 3 xəstəlik tuğyan edir: sarılıq, qızılca və göyöskürək..

  • 2024.01.20 16:03
  • 1895 Baxış
Azərbaycanda  3 xəstəlik tuğyan edir:    sarılıq, qızılca və  göyöskürək..
Əgər Avropa və Rusiyanı bürüyən xəstəlikləri, bu ölkələrdə yayılan informasiyaları nəzərə alsaq, Azərbaycanda hər nə qədər epidemioloji vəziyyəti sabitdir deyilsə də, vəziyyət qırmızı xəttə yaxınlaşır.


Əgər Rusiya, Gürcüstan mətbuatı xəstəxanaların göyöskürək, yeni növ kovid, yeni tip pnevmoniyalı xəstələrlə dolub daşdığını yazırsa, deməli, Azərbaycanda da vəziyyət eynidir.


“Medicina” xəbər verir ki, artıq təcili yardıma xəstəxanaya aparılmaq üçün təkid edən xəstələr çoxalır. Valideynlər uşaqlarının sonradan ağırlaşacağından qorxur.

Xəstələrin bir qrupu uşaqlar, gənclər – qızılca tutur,
Uşaqlar, yeniyetmələr – göyöskürəkdən əziyyət çəkir.
Eləcə də Bakıda və bir çox rayonlarda sarılıq ocaqları var.

Həkimlərimizin "naməlum mənşəli pnevmoniya" dedikləri mikoplazma sətəlcəmi də unudulur.
Bu pnevmiya ötən ilin sonunda Çində alovlanıb, uşaqları daha çox yoluxdurub və xəstəxanalar xəstə ilə dolu idi.

Bu xəstəlik hava-damcı yolu sıx kollektivlərdə, məktəblərdə, qapalı yerlərdə asanlıqla yoluxa bilir.
Ən çox uşaqlar, gənclər, hamilələr yoluxur.

Rusiyada ikinci aktiv xəstəlik göyöskürəkdir. Rusiya səhiyyə qurumları artıq xəstəxanalarda bu xəstələrin sayının artdığını, yerlərin dolduğunu bildirir.

Eləcə də Azərbaycanda artıq 3 aydır uşaqlarda sadəcə öskürək və boğulma ilə gedən virusun yayıldığı bildirilir.

Bakıda uşaq infeksion şöbələrində belə xəstələr çoxdur. Analar müalicələrin təsir etmədiyini bildirir.
Eləcə də dünən aparıcı İlkin Həsəninin həyat yoldaşı 2 övladının da göyöskürək diaqnozu ilə neçə vaxtdır mübarizə apardığını, xəstəxanada yatsalar da tam sağalmadıqlarını, indi isə uşaqları özəl klinikaya yatızdırdıqlarını açıqladı.

Belə uşaqlar təkcə Bakıda yüzlərlədir. Sadəcə kütləvi tədbirlər görülmür və əldə etdiyimiz məlumata görə, sahə həkimləri uşaqların xəstəlik kitabçasına göyöskürək və qızılcanı yazmır, bundan yayınır və beləliklə, gerçək epidemioloji vəziyyət aydın olmur.


Eləcə də valideynlər sosial şəbəkələrdə təcili yardımın qızılcalı və 39 dərəcədə olan qızdırmalı uşaqları hospitəlizə etmədiyi, yer olmadığını və hara aparacaqların bilmədiklərindən şikayətlənir.

Aygün Musayeva