Azərbaycanda 31 nəfərdə Delta ştammı aşkarlandı - RƏSMİ

  • 2021.07.13 19:54
  • 1462 Baxış
Azərbaycanda 31 nəfərdə Delta ştammı  aşkarlandı -  RƏSMİ
Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı aşkar olunub.

Medicina.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumadta bildirilib.

Qeyd olunub ki, nümunələrdən 9-da isə B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.