Azərbaycanda 58 nəfər koronavirusdan sağaldı

  • 2020.05.16 15:32
  • 1333 Baxış
Azərbaycanda  58 nəfər koronavirusdan sağaldı

Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.


Hazırkı dövrədək ölkəmizdə 3138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1944 nəfər müalicə olunaraq sağalmış, 36 nəfər vəfat etmiş, 1158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.