Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda 65 yaşdan yuxarı şəxslərə SMS göndəriləcək- Peyvəndə çağırış

  • 2021.02.04 11:25
  • 1435 Baxış
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərə SMS göndəriləcək - Peyvəndə çağırış


Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq.

Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.


Medicina.az xəbər verir ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.