Azərbaycanda 65 yaşdan yuxarı şəxslərlə bağlı YENİ QƏRAR

  • 2020.11.19 14:12
  • 1009 Baxış
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərlə bağlı   YENİ QƏRAR

Son günlərdə COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığına görə bəzi qadağaların tətbiq edilməsinə qərar verilib.

Belə ki, dünyada, o cümlədən, Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib.