Azərbaycanda 8 yaşlı uşaq əməliyyatda öldü - “Narkozu çox veriblər”

  • 2017.10.18 16:40
  • 14636 Baxış
Azərbaycanda 8 yaşlı uşaq əməliyyatda öldü -  “Narkozu çox veriblər”

Bakıda 8 yaşlı uşaq əməliyyat zamanı ölüb.




Medicina.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib.




Belə ki, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib. 




Yaxınları iddi edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.




Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıq idi ki, bu xəstəlikdən əziyyət çəkirmiş. 




Faktla bağlı araşdırmalara başlanılıb.