4 yaşından at çapması ilə fenomen olan Gülay xəsarət aldı - Xəstəxanadan VİDEO

  • 2020.05.28 19:05
  • 2710 Baxış
4 yaşından at çapması ilə fenomen olan Gülay xəsarət aldı   -  Xəstəxanadan VİDEO


4 yaşından at çapmağa başlayan Gülay Fərzəliyeva bir il at çapa bilməyəcək.

Medicina.az xəbər verir ki, bu barədə 12 yaşlı Gülayın “İnstagram” hesabında məlumat verilib.

Məlumata görə, o, yelləncəkdən yıxılarkən sağ ayağı dizdən yuxarı sınıb.




“Gülay parkda yelləncəkdə yellənərkən yıxıldı və sağ ayağı dizdən yuxarı sındı. Hal-hazırda xəstəxanadadır. Biz əsasən təhlükəni atlardan gözləyirdik, lakin əksi olaraq tam başqa yerdən gəldi. Gülay bir il sizdən ayrı qalacaq, dualarınızı əsirgəməyin” – deyə valideyni qeyd edib.