Azərbaycanda bayram və həftəsonları qadağalar ola bilər

  • 2020.05.15 17:59
  • 2676 Baxış
Azərbaycanda bayram və həftəsonları qadağalar ola bilər


“Bayram günləri və həftə sonlarında küçə çıxmağa qadağa qoyulması haqda qərar verilə bilər”.

Medicina.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu məsələyə önümüzdəki günlərdə baxılacaq: “Bu qərarlar virusa yoluxanların sayından asılı olacaq. Məhdudiyyətlər aradan qalxdıqdan sonra analizlər aparılacaq. 10-14 gün sonra həmin dövrün nəticələrinə uyğun olaraq yenidən məhdudiyyətlər qəbul edilə bilər. Karantin rejiminin qaydaları daha da sərtləşdirilə bilər”.