“Ölkəyə gətirilən dərmanlara nəzarət olunmalıdır” - Komitə sədri

  • 2021.09.30 12:03
  • 1869 Baxış
“Ölkəyə gətirilən dərmanlara nəzarət olunmalıdır” -  Komitə sədri
“Dərman vasitələri haqqında” qanuna dəyişikliklərin edilməsinə ehtiyac var”.

Medicina.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.


Onun sözlərinə görə, ölkəyə gətirilən dərman vasitələrinə çox ciddi nəzarət olunmalıdır:

“Azərbaycanda bəzi sahələr üzrə dərman çatışmazlığı problemi var. Hər bir ölkənin dərman siyasəti var. Heç qardaş dövlətdə belə tanınmış dərman vasitəsini ölkəyə müvafiq prosedurlar olmadan gətirmək olmaz. Mən qanuna dəyişikliklərin edilməsini səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayevlə də müzakirə etmişəm”.