Azərbaycanda boşanmaların sayı artıb

  • 2019.12.18 10:32
  • 2381 Baxış
Azərbaycanda boşanmaların sayı artıb
Bu ilin yanvar-oktyabr aylarında qeydiyyat şöbələri tərəfindən 51735 nikah və 14281 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Medicina.az-a verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 6,2%-dən 6,3%-ə, boşanmaların sayı isə 1,5%-dən 1,7%-ə qədər artıb.

Cari ilin yanvar-oktyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1693 nəfər gələn, Azərbaycandan isə 1354 nəfər gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 339 nəfər təşkil edib.