Azərbaycanda bu gün cəmi 5 nəfərə buster doza vurulub - Vaksin statistikası

  • 2022.02.21 16:51
  • 1067 Baxış
Azərbaycanda bu gün cəmi 5 nəfərə buster doza vurulub -  Vaksin statistikası
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 88 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 71, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 nəfər, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanlar isə yoxdur.

Vurulan vaksinlərin ümumi sayı 12 787 678, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 285 339, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 775 034, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 533 323, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 982 nəfər təşkil edir.