Azərbaycanda bu günə yoluxanlar

  • 2022.08.26 16:42
  • 4613 Baxış
Azərbaycanda bu günə yoluxanlar


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb.



Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.


Azərbaycanda indiyədək ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9 796 nəfər vəfat edib, aktiv xəstə sayı 3 667 nəfərdir.

Ölkədə son sutka ərzində 3 659, hazırkı dövrədək isə 7 9138 810 test aparılıb.