Azərbaycanda bu günə yoluxanlar

  • 2022.10.28 16:54
  • 3535 Baxış
Azərbaycanda bu günə yoluxanlar

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, 9 943 nəfər vəfat edib, aktiv xəstə sayı 317 nəfərdir.

Ölkədə son sutka ərzində 1 766, hazırkı dövrədək isə 7 315 522 test aparılıb.