Azərbaycanda bu günə yoluxma - SAYI

  • 2021.10.22 17:49
  • 2794 Baxış
Azərbaycanda bu günə yoluxma -  SAYI
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 112 yeni yoluxma faktı qeydə alınıb, 882 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 511 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 482 578 nəfər müalicə olunaraq sağalıb, 6 847 nəfər vəfat edib, aktiv xəstə sayı 22549 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 568, ötən müddət ərzində isə ümumilikdə 5 081 920 test aparılıb.