Azərbaycanda bu günə yoluxma

  • 06 May 2022 16:42
  • 4006 Baxış
Azərbaycanda bu günə yoluxma



Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakupost.az -a verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 607 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 846 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 52 nəfər aktiv xəstə sayını təşkil edib.


Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 556, bu günə qədər isə ümumilikdə 6 829 482 test icra olunub