Azərbaycanda bu günə yoluxma - Ölənlər də azaldı

  • 2022.03.19 18:38
  • 1380 Baxış
Azərbaycanda bu günə yoluxma   - Ölənlər də azaldı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 116 yeni yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.


İndiyədək ölkədə ümumilikdə 791 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 771 nəfər müalicə olunaraq sağalıb, 9 651 nəfər vəfat edib, aktiv xəstə sayı 982 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 144, ötən müddət ərzində isə ümumilikdə 6 662 084 test aparılıb.