Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanda bu şəxslər koronavirus peyvəndi olunacaq

  • 2020.12.15 17:01
  • 1466 Baxış
Azərbaycanda bu şəxslər koronavirus peyvəndi olunacaq


“Azərbaycanda ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər koronavirusa qarşı vaksinasiya olunacaq”

Medicina.az xəbər verir ki, Ramin Bayramlı bildirib ki, əhalinin böyük əksəriyyətində COVID-19 virusuna qarşı immunitet yarananadək tibbi maskalardan istifadə davam etdirilməlidir:

“Vaksin vurulandan sonra rahatlaşmaq olmaz. Çünki anticisimin yaranması iki-üç həftə çəkə bilər. Vaksin vurulan şəxslər də həm özünü, həm başqalarını qorumaq üçün maskadan istifadə etməlidir. Azərbaycanda ilkin olaraq səhiyyə işçiləri və 65 yaşdan yuxarı şəxslər koronavirusa qarşı vaksinasiya olunacaq”.