Azərbaycanda bu xəstəlikdən ölüm halları azalıb - NAZİRLİK

  • 2019.12.30 17:36
  • 2339 Baxış
Azərbaycanda bu xəstəlikdən ölüm halları azalıb -  NAZİRLİK
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” Azərbaycanda ilk dəfə 2012-ci ildə qəbul edilib, 2013-2017-ci illəri əhatə edərək uğurla başa çatıb.

Medicina.az xəbər verir ki , bu barədə Səhiyyə Nazirliyinin illik hesabatında qeyd olunub. Qeyd edilib ki, 2018-ci ilin fevral ayında ölkə başçısının sərəncamı ilə 2018-2022-ci illər üçün “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” təsdiq edilmiş və hazırda icra olunur.

Dövlət Proqramı çərçivəsində 1135 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksəkeffektli dərman preparatları ilə dövlət hesabına təmin olunurlar. Görülən tədbirlər bu xəstəlikdən əlliliyin və ölüm hallarının azalmasına şərait yaradıb.