Azərbaycanda COVID-19-dan ölən yoxdur - Yoluxma sayı

  • 22 Apr 2022 16:37
  • 505 Baxış
Azərbaycanda COVID-19-dan ölən yoxdur  - Yoluxma sayı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 12 yeni yoluxma faktı qeydə alınıb, 18 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ölkədə ümumilikdə 792 457 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 621 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib, aktiv xəstə sayı 129 nəfərdir.

Ölkədə son sutka ərzində 3331, hazırkı dövrədək isə 6 788 729 test aparılıb.